- Üçüncü sektor
- 12 Noyabr 2018 13:15
- 2 639
Azərbaycanlı müğənnidən şok açıqlama: “Mənə 7 morfin iynəsi vurublar”

“İranda xəstəxanada olanda mənə narkotik asıllılığı yaradan 7 morfin iynəsi vurublar”
AzNews.az xəbər verir ki, bunu müğənni Mirkamil Kamilov son günlər haqqında gəzən söhbətlərə münasibət bildirərkən deyib. O, Daxili İşlər Nazirliyindən həmin iynələrin ona vurulmasının araşdırılmasını xahiş edib:
“2013-cü ildə İranda mənə 7 morfin iynəsinin vurulmasında kimlərin əli olduğunun arasdırılmasını istəyirəm. Çünki əməliyyatda olduğum müddətdə iranlı bir biznesmen qiyməti aşağı salmağa gəlmişdi. O insan kim tərəfindən oraya göndərilmişdi? Həkimlə nə danışdı olub ki, mənə 17 min dollar endirim edib? Tehranın mərkəzində yerləşən xəstəxananın adı Kesradır”.
Müğənni onun səhhətinə zərər vuran şəxsləri məhkəməyə verəcəyini deyib:
“Həmin şəxsin bank hesablarını donduracağam. Həkimin adı Mandeqardır. Özü də farsdır”.
Bahar RÜSTƏMLİ
AzNews.az