- Üçüncü sektor
- 16 Mart 2019 12:04
- 4 497
Rəqqasə Fatimə Ayselə dəstək oldu - "Əl çəkin, bu qızdan!"

"Kiminsə şəxsi həyatını ortaya çıxarmağa haqqımız yoxdur".
Rəqqasə Fatimə Fətəliyeva son günlər mətbuatın gündəminə çevrilən müğənni Aysel Əlizadənin ailə dağıtması ilə bağlı səslənən iddialara münasibət bildirib.
AzNews.az xəbər verir ki, bu barədə rəqqasə şəxsi İnstagram hesabında yazıb. Sənətçi son günlər adı 13 illik ailəni dağıtmaqda, evli kişi ilə münasəbətdə olmaqda hallanan ifaçıya dəstək olub:
"Kiminsə şəxsi həyatına qarışmağa haqqımız yoxdur. Düşünün ki, o, Azərbaycan qızıdır. Bu qədər də zərbə vurmaq olmaz. Kiminsə şəxsi həyatını ortaya çıxarmağa haqqımız çatmır. Biz şou-biznesin içində ola bilərik, amma bizim də özəlimiz var.
Onun da özəlini bilmirik. Hansı haqla kimisə yarğılayırıq. Evi, maşını var, kimə nə? Bu xanım sənət adamıdır, ala bilməz? Mütləq nəsə olmalıdır? Əl çəkin, bu qızdan! Ən əsası qızın psixologiyasını, ailəsini düşünün. O da kiminsə övladıdır. Yetər. Sənət adamları, məncə belə söhbətlərdə bir olmalıyıq".
Aynur
AzNews.az