O haqda heç danışmaq istəmirəm. O haqda heç danışmaq istəmirəm.

Serdar Ortaçın həyat yoldaşı boşanma xəbərindən danışdı

O haqda heç danışmaq istəmirəm.

Türkiyəli müğənni Serdar Ortaçın həyat yoldaşı Chloe Loughnan bir alış-veriş mərkəzində kameralara görüntülənib.

Model Chloe Loughnan boşanma xəbərlərinə də cavab verib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Serdar Ortaçın həyat yoldaşı Chloe Loughnan boşanma iddiaları ilə bağlı belə deyib:

"Niyə məndən soruşursunuz? Bu xəbər neçə dəfə çıxdı bilmirəm və davamlı olaraq da çıxır. Neçə ildir ki, Türkiyədə yaşayıram və nə dedi-qodu edirəm, nə də birinin arxasından danışıram. İnsanların bunu hansı səbəbdən etdiyini anlamıram”.

Loughnan gizlin olaraq abort etdirdiyi üçün Serdar Ortaçla boşanma həddinə gəldikləri iddiasına da əsəbiləşib:

“O xəbərlər haqda heç danışmaq istəmirəm. Çox əsəbiyəm. Uşaqla bağlı suallara da cavab verməmək qərarına gəlmişəm. Heç danışmayacağam".

Səidə Vahid

AzNews.az