Serial çəkilişləri məni çox yorub. Serial çəkilişləri məni çox yorub.

Məşhur aktrisa seriallara çəkilməkdən imtina etdi

Serial çəkilişləri məni çox yorub.

Türkiyəli məşhur aktrisa Bergüzar Korel seriallara çəkilməyəcək.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, səbəb kimi 15 il sonra yenidən teatra qayıtmasını göstərib.

Bergüzar Korel bu haqda fikrini belə bildirib:

“Teatra qayıtmaq möhtəşəmdir. Serial çəkilişləri məni çox yorub, bir də çəkilməyəcəm. Hazırki həyatımdan məmnunam. Ailəmə, dostlarıma vaxt ayıra bilirəm” deyib.

Qeyd edək ki, Bergüzar sonuncu dəfə həyat yoldaşı Halit Ergençlə birgə “Vatanım sensin” serialında rol alıb.

Nigar CƏFƏR

AzNews.az