- Üçüncü sektor
- 28 Mart 2019 16:36
- 2 287
Ancelina Coli yeni filmə çəkilir?

Bu barədə məlumatı “Deadline” portalı yayıb.
Aktrisa Ancelina Coli “Marvel” şirkətinin “Ölümsüzlər” adlı yeni filmində rol ala bilər.
Bu barədə məlumatı “Deadline” portalı yayıb.
Hazırda filmin rejissoru Xloya Çjao ilə danışıqlar aparılır. X.Çjaonun filmi şüurlu kosmik varlıqlar olan Tselestiallar tərəfindən yaradılmış superinsanlar irqindən – Ölümsüzlərdən söhbət açacaq. A.Colinin hansı rolu ifa edəcəyi hələlik açıqlanmır.
“Disney” şirkəti aktrisa ilə danışıqlar barədə informasiyanı şərh etməyib.(AZƏRTAC)
AzNews.az