"Məndən üzr istədi". "Məndən üzr istədi".

Elvin onu İnstaqramda söyəni polisə verdi

"Məndən üzr istədi".

Müğənni Elvin Abdullayev sosial şəbəkədə onu təhqir edən şəxsdən polisə şikayətçi olub.

Sənətçi bu barədə ötən gün “Səhər-Səhər” proqramında məlumat verib.

Elvin hüquq-mühafizə orqanlarına müraciət edərək onu söyən şəxs barədə tədbir görülməsini xahiş edib.

“Heç bir şey etmədiyim halda mənim ünvanıma söyüş söyüb. Onu polisə şikayət etdim. Şərurda yaşayırdı, polis bölməsinə çağırdılar. Şöbədən zəng vurdular ki, nə edək? Cavab verdim ki, buraxın.

Həmin şəxslə telefonla danışdım. Soruşdum ki, mənimlə problemin nədir, niyə söyürsən? And içdi ki, başqa məşhura yazırdım, səhv düşdü. Məndən üzr istədi”- deyə sənətçi mövzu barədə açıqlama verib. (Qafqazinfo.az)

AzNews.az