İnternetdə uşaqlarla bağlı məlumatlar oxuyuram. İnternetdə uşaqlarla bağlı məlumatlar oxuyuram.

Aktyor doğulacaq oğlu haqqında danışdı

İnternetdə uşaqlarla bağlı məlumatlar oxuyuram.

Türkiyəli məşhur aktyor Tolğahan Sayışman bir neçə gün sonra doğulacaq oğlu haqqında danışıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2017-ci ildə model Almeda Abazi ilə evlənən aktyor yaxın günlərdə doğulacaq oğlu haqqında söz açıb:

“Uşağı gözləyirik. Doğuma çox az qalıb. Həyat yoldaşımın sancıları başlayıb. Növbəti həftədən daha diqqətli olmalıyıq. Hamiləlik müddəti mənim üçün çox əyləncəli oldu. Əziyyəti Almeda çəkib, amma bu əziyyət heç də biz düşündüyümüz qədər çətin olmadı. İnternetdə uşaqlarla bağlı məlumatlar oxuyuram, atamla da bu haqda danışmışam. Yaşayıb görəcəyik”.

Qeyd edək ki, məşhur cütlük uşaqlarına Efehan adını qoymağı planlaşdırıb.

Nigar CƏFƏR

AzNews.az