Tanınmış meyxanaçı Rusiyada ağır qəzaya düşdü - VİDEO

Meyxanaçının yaxın dostları məlumatı təsdiqləyib

Məşhur meyxanaçı Mehman Əhmədli Rusiyanın Sankt-Peterburq şəhərində qəzaya düşüb. Qəzadan görüntülər sosial şəbəkələrdə yayılıb.

Meyxanaçının yaxın dostları məlumatı təsdiqləyib.

Bildirib ki, vəziyyəti qənaətbəxşdir:

“Mehman ağır qəza keçirtsə də, vəziyyəti qənaətbəxşdir. O, başından zərbə alıb və dərhal xəstəxanaya çatdırılıb. Ona orada ilkin tibbi yardım göstərilib. Hazırda Mehman oteldə dincəlir”.(oxu.az)

AzNews.az