Bu soyad anamındır. Heç bilmirik ki, Emreli kimdir? Bu soyad anamındır. Heç bilmirik ki, Emreli kimdir?

Mən də soyadımı "Quliyev" edəcəm - Anar Mədətov

Bu soyad anamındır. Heç bilmirik ki, Emreli kimdir?

Prodüser Anar Mədətov AzNews.az saytına müsahibə verib.

Image result for anar mədətov

- Anar bəy, yay fəslini yaşayırıq. İstirahət üçün regionlarımızı yoxsa xarici ölkəni seçəcəksiniz?

- Təbii ki, xarici ölkəyə gedəcəm. Mənim üçün Türkiyəyə getmək rahatdır. Orada evim və oturma iznim var.

- İstirahətinizə nə qədər pul xərcləyirsiniz?

- Nə qədər pulum varsa, o qədər ...

- Müğənnilərdən sadəcə Yaşar Yusubla işləyirsiniz?

- Bəli, həm də şirkətim var.

Image result for anar mədətov

- Siz həyat yoldaşınızdan ayrıldıqdan sonra bir neçə müğənni keçmiş həyat yoldaşınıza dəstək oldular.

- Onları heç yada salmıram. Elə bilirlər ki, yıxılacaq və kimsə üstündən vuracaq. Sadəcə başa saldım ki, sizin öz probleminiz məndən çoxdur. Məni heç kim vura bilməz. Mən Mədətovam. Özümə yazıq kimi baxmıram, çünki onlara yazıq kimi baxıram ki, Anar Mədətova müraciət ediblər. Anar Mədətov onlara müraciət etmir. Nəsə olanda gəlib, ofisin qabağında dayanırlar və başlayırlar, ay qurban olum, quzu kəsim və s. deməyə. Bir az da əllərinə pul keçəndə ulduzluq xəstəliklərinə başlayırlar.

- Ümumiyyətlə, buna görə hansı müğənnini bağışlamayacaqsınız?

- Hər zaman bağışlamaq lazımdır, hətta pis insanı da. Məni elə öyrədiblər ki, pisliyə də yaxşılıqla cavab verirəm. Onlar pislik eləsinlər, dünya bumeranqdır. Elə müğənni var ki, mənə bir söz, keçmiş ailəmə başqa söz deyir. O insanın da öz problemi ola bilər. Məsələn, üç-dörd ailəsi var, Anar olmasaydı, aliment verə bilməyəcəkdi. Yəni ki, hər kəsin nəslində öz problemi var. Çox adam kişilikdən, namusdan danışanda öz nəslinə, ailələrinə fikir vermirlər. Yaşadığı məhəlləyə gedəndə görürsən ki, onlar haqqında nələr danışırlar. Deyirsən vay-vay. Ona görə də nə qədər pulun olursa-olsun efirdə, həyatda sadə olmaq lazımdır. Elələri də var ki, cibinə bir başqa pul qoyurlar, xərcləyir. Amma düşünmür ki, bəlkə anasının evdə bazarlığa ehtiyacı var. Bu Azərbaycan şou-biznesinə spesifik bir xüsusiyyətdir.

- Sizin keçmiş həyat yoldaşınız Elnurə xanımdan ayrılmağınız və ikinci dəfə evlənməyiniz gözlənilməz oldu.

- Birincisi, mənim hələ toyum olmayıb, evlənməmişəm. Bu haqda yazmadan əvvəl araşdırmaq lazım idi. Bununla belə İradə İbrahimovanın bacısı Nigar İbrahimova da sosial şəbəkədə yazdı. Qoy yazsınlar. Ən azından mən hər şeyi uşaqlarıma qoyub getmişəm. Dörd-beş yaşlı uşaqları ortada qoymamışam.

- Bütün var-dövlətinizi övladlarınıza bağışladınız?

- Bəli.

- Rəsmi olaraq övladlarınıza təhvil vermisiniz?

- Yavaş-yavaş onların adına keçir.

- Hazırda qızınız Ayşə və oğlunuz Mahir bəylə münasibətiniz necədi?

- Uşaqdılar...

- Oğlunuzla yanaşı qızınız da Emreli soyadını qəbul etdi.

Image result for emreli mahir

- O sənədi hələ heç kim görməyib.

- Mahir bəy, futbol formasında belə Emreli etdi.

- Mən də sabah soyadımı "Quliyev" edəcəm. Bu soyad anamındır. Heç bilmirik ki, Emreli kimdir?

- Sosial şəbəkələrdə dayısının Emreli olduğu qeyd edilmişdi...

- Araşdırdıq. O da yoxdur. Bunları etdikcə məni biabır etmək istəyirlər. Mahir hələ uşaqdır. Hər kəs bilir ki, Mahir Anar Mədətovun oğludur. Sürdüyü maşını da Anar Mədətov alıb. Bəziləri yazırlar ki, Mahirin transferi Türkiyəyə getməmək üçün baş tutmur. Amma əsl səbəbi başqadır. Çünki o, nəsildə bəzi insanlar istəyirlər ki, əllərinə çoxlu pul gəlsin, bütün problemlərini transferin hesabına həll etsinlər. O da düzgün deyil. Mən övladımın müqaviləsində heç zaman pul söhbəti etməmişəm. Demişəm ki, nə məsləhətlidir edin, ən önəmlisi övladım qabağa getsin. Menecer də mənə zəng edir ki, bunlar niyə belə edirlər? Axı qiymət o deyil. Yalandan deyirlər ki, meneceri yüksək qiymət deyib, amma yalandır. Bəlkə ağlına gəlsə ki, atam bu işə möhür qoysun. Təbii ki, onda ana da, dayılar da kənara çəkilməli olacaq. Mahir perspektivli futbolçudur.

- Anar müəllim, oğlunuz qızınızın ad günündə qeyd etdi ki, artıq evin başçısı odur. Bu zaman hansı hissləri keçirdiniz?

- O videonu sosial şəbəkədə Nigar İbrahimovanın həyat yoldaşı yaydı. Sonra mənə zəng edib, üzr istədi. Digər tərəfdən insanlar gözəl bilirlər ki, Mədətovlar kimdir, hansı nəsildir. Hamı bilir ki, Mahir Anarın oğludur. Bu insanı qorumaqdansa, problemi böyüdürlər. Onsuz da camaat da Mahiri Mədətov kimi tanıyır. Kimin maşınını sürürsən? Ağayevlərdə Mahirin hansısa işini həll edən adam yoxdur. Dayıları heç zaman Mahirə baxmayıblar. Dayılarının qızlarını da mən ərə vermişəm. Oğlanlarını ali məktəbdə oxutdurmuşam. Yazırlar, yazsınlar. Yazırlar ki, Anar getdi, evləndi. Toyuma gəldiniz? Maraqlıdır ki, məndən güclü insanlar boşanıblar, ailə qurublar, amma bu haqda yazmayıblar. Filosofların belə sözü var: "Səndən pis, yaxşı yazırlarsa, deməli, sən insanlara maraqlısan”. Hətta adını çəkmirəm, bir müğənnimiz dedi ki, həyat yoldaşı çox içki içir və ona görə boşanır. Boşandılar və başqa xanımla evlənmə ərəfəsində öz həyat yoldaşıyla barışdı. Sonra dedilər ki, biz mehriban ailəyik.

Image result for anar mədətov

- Övladlarınızla münasibəti düzəltməyə cəhd etmisiniz?

- İlk öncə onu deyim ki, qızım xaricdə oxuyur. Xaricdə oxuduqda soyadı dəyişmək çətindir, akreditasiya var. Qızıma gəlincə qapıya ataya görə gəlirlər. Qapıya gedəndə də soruşurlar ki, kimin oğludur. Anar Mədətov professor Qaraj Mədətovun nəvəsidir. O, Naxçıvanın tarixini yazan akademikdir. Sosial şəbəkədə yazırlar ki, əla oğuldur, anasının tərəfini saxladı. Mən yenə də deyirəm ki, uşaqlarımdan deyil, həyat yoldaşımdan imtina etmişəm. Çünki alınmırdı.

- Rəsmi olaraq Elnurə xanımdan ayrılmısınız?

- Bəli, bizi avtomatik olaraq boşadılar.

- Toyunuzun olmadığını qeyd etdiniz. Yeni həyat yoldaşınızla birlikdə yaşayırsınız?

- Bəli.

- Keçmiş ailə fotonuza baxarkən xoşbəxt görsənirdiniz...

- Mən heç vaxt ailəmdə olan problemi göstərməmişəm. Sadəcə bu dəfə gördüm ki, insana bank kimi baxırlar. Elə bilirlər ki, Anar hər zaman onların problemlərini həll etməlidir. Qardaş işə düzəlirsə, iflas olursa, niyə mən həll etməliyəm? Mahirin kiçik dayısı sürücüsü olub, amma aylıq maaşını ödəmişəm. Ortancıl dayısı isə onu-bunu bir-birinə vurdurmaqla məşğuldur. Amma böyük dayısı mənə zəng edib dedi ki, başa düşürəm ki, bütün problemlərimiz səndədir, öz həyatını yaşa. Mən hələ prodüser ola-ola onlara baxmışam. Məndən də varlı insanlar var, qardaşları rayonda fəhləlik edir. Hardan bilirsiniz ki, sabah Mahirin həyatında kimlər olacaq və nələr baş verəcək? Bəlkə sabah gəlib qapını döyəcək. Vaxt gələcək ki, zəng edib düz eləmədiyini deyəcək.

Image result for anar mədətov

Rəqsanə

AzNews.az

image description image description image description image description image description