Rəqqasə 3 il müddətində azadlıqdan məhrum edilə və ölkədən deportasiya oluna bilər. Rəqqasə 3 il müddətində azadlıqdan məhrum edilə və ölkədən deportasiya oluna bilər.

Misirdə əxlaqsızlığın təbliğatı ilə məşğul olan erməni rəqqasəyə cinayət işi açıldı

Rəqqasə 3 il müddətində azadlıqdan məhrum edilə və ölkədən deportasiya oluna bilər.

Ermənistan vətəndaşı olan, Sofinaz ləqəbi ilə məşhurlaşan rəqqasəyə cinayət işi açılıb.

"Dail Mail"ə istinadən xəbər verilir ki, əsl adı Sofinar Qriqoryan olan rəqqasə, rəqslə bağlı ictimai normaları pozmaqda ittiham edilir.

Qeyd edilir ki, Sofinazın rəqs görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Misirin senzura ilə əlaqədar qurumu onu pozğunluğa təhrik, ictimai etika qaydalarını pozma ittihamları ilə məhkəməyə verib. Erməni rəqqasə isə bildirib ki, videolarda çılpaq vəziyyətdə rəqs etməyib.

Məlumata görə, əxlaqsızlığı təbliğ edən rəqqasə 3 il müddətində azadlıqdan məhrum edilə və ölkədən deportasiya oluna bilər.

Xatırladaq ki, Sofinar Qriqoryan 2015-ci ildə Misir bayrağı çalarlarında olan paltar geyindiyi üçün 6 ay azadlıqdan məhrum edilib. Bundan başqa ona, 15 min Misir funtu (906 dollar) məbləğində pul cəzası kəsilmişdi. (Musavat.com)

https://www.dailymail.co.uk/news/article-7332041/Armenian-belly-dancer-faces-deportation-Egypt-inciting-debauchery.html?ico=embedded