"Maylzın anadan olmasından çox məmnunuq" "Maylzın anadan olmasından çox məmnunuq"

Supermodel yeni doğulan övladının adını açıqladı - FOTOLAR

"Maylzın anadan olmasından çox məmnunuq"

Keçən həftə mətbuatda dünyaca məşhur 36 yaşlı supermodel Miranda Kerr və 29 yaşlı iş adamı Evan Spiegelin yenidən valideyn olması ilə bağlı xəbərlər yayılmışdı. Cütlüyün ikinci övladı dünyaya gəlib.

Miranda ilə Evan oğlan övladlarının doğulduğunu və ona Maylz adını qoyduqlarını bildiriblər.

“Maylzın anadan olmasından çox məmnunuq. Bizə ünvanlanan xoş sözlərə və diləklərinizə görə hər kəsə təşəkkür edirik”, – deyə cütlük bildirib.

Xatırladaq ki, Mirande Kerrin keçmiş həyat yoldaşı, Hollivud aktyoru Orlando Blumdan Flinn adlı oğlu var.

İndiki əri, milyarder və Snapchat-ın həmtəsisçisi Evan Spiegeldən 2018-ci ilin mayın 7-də oğlu Hart dünyaya gəlib.

Deyilənə görə, onların kiçik oğlu Maylz bu il oktyabrın əvvəlində anadan olub.

Avstraliyalı model və amerikalı iş adamının sevgi macərası 2015-ci ildə başlayıb. İki il sonra Miranda və Evan Los-Ancelesdəki evlərində kiçik toy mərasimi təşkil edərək evləniblər.(oxu.az)