- Üçüncü sektor
- 24 Oktyabr 2019 10:31
- 6 697
Sosial media bundan danışır: O, yoxsa bu?
Kıvanç Tatlıtuğun stilinə həyat yoldaşı qərar verir
Məşhur türk aktyoru 36 yaşlı Kıvanç Tatlıtuğ ad gününü keçirmək üçün həyat yoldaşı Başak Dizer ilə İngiltərənin paytaxtı Londona gedib.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, London küçələrində həyat yoldaşı və stilisti Başak Dizer tərəfindən fotoları çəkilən Kıvanç Tatlıtuğun tərzi dünyaca məşhur keçmiş ingilis futbolçu Devid Bekhemə oxşadılıb.
Sosial media “Kıvançmı, Devidmi?” qarşılaşdırması edib.
Qeyd edək ki, iki ulduzun ortaq bir özəlliyi var: Kıvanç Tatlıtuğun stilinə həyat yoldaşı Başak Dizer Tatlıtuğ qərar verir. Devid Bekhemin qarderobu hazırladığı geyimlərlə də yenilik gətirən həyat yoldaşı Viktoriya Bekhemə aiddir.
Səidə Vahid
AzNews.az