Samira Əfəndi oktyabrın 28-də Minsk şəhərində konsert proqramında da çıxış edəcək Samira Əfəndi oktyabrın 28-də Minsk şəhərində konsert proqramında da çıxış edəcək

Azərbaycanı səs yarışmasında bu müğənni təmsil edəcək

Samira Əfəndi oktyabrın 28-də Minsk şəhərində konsert proqramında da çıxış edəcək

Hər il olduğu kimi bu il də Qazaxıstanda baş tutacaq “Voice Of Nursultan” festivalına bir çox ölkələrdən ifaçılar dəvət olunub.

Festivalda Azərbaycanı öz musiqiləri ilə müğənni Samira Əfəndi təmsil edəcək. Portuqaliya, Ukrayna, Gürcüstan, Rusiya və bir çox ölkələrdən festivala qatılan ifaçılar kimi S.Əfəndi də oktyabrın 25-də öz repertuarında yer alan bəstələri, oktyabrın 26-da isə qazax dilində ifa etdiyi mahnı ilə çıxış edəcək.

Oktyabrın 28-də isə S.Əfəndi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belarusiyanın Minsk şəhərində Azərbaycan Gənclər Günü münasibəti ilə təşkil ediləcək konsert proqramında çıxış edəcək.

AzNews.az