Hadisə dünən baş tutan məhkəmə prosesində məlum olub Hadisə dünən baş tutan məhkəmə prosesində məlum olub

Tarkanın cinayətdə təqsirləndirilən qohumu həbsxanadan qaçdı - VİDEO

Hadisə dünən baş tutan məhkəmə prosesində məlum olub

Türkiyəli tanınmış müğənni Tarkan Tevetoğlunun qohumu açıq həbsxanadan qaçıb.

AzNews.az xəbər verir ki, İstanbulun Əsənyurd rayonunda törədilən cinayətdə şübhəli bilinən Servet Tevetoğlu 25 iyul 2019-cu il tarixində, 2 il məhkum həyatı yaşadıqdan sonra azadlığa çıxıb.

O, cəzasının qalan hissəsini 250 min türk lirəsi ödəməklə başa vurub.

Daha sonra başqa hadisədə təqsirli olduğu öyrənilən S. Tevetoğlu Silivri açıq həbsxanasına göndərilib.

Dünən baş tutan məhkəmə prosesində isə onun həmin həbsxanadan fərar etdiyi məlum olub.

Qeyd edək ki, o, 2017-ci ildə Ercan Gönülkırmaz adlı vətəndaşın iş yerini yandırmaqda və özünü isə qətlə yetirməkdə təqsirləndirilən 8 nəfərdən biri olub.

Dünən baş tutan məhkəmə prosesində S.Tevetoğlunun Silivri Açıq Həbsxanasından fərar etdiyi məlum olub.

Pərvanə

AzNews.az