Qrup üzvləri Baku TV-yə gözəl paytaxtımızla bağlı təəssüratlarını bölüşüblər Qrup üzvləri Baku TV-yə gözəl paytaxtımızla bağlı təəssüratlarını bölüşüblər

Bakıda “Kvartal-95”in möhtəşəm konserti baş tutdu - VİDEO

Qrup üzvləri Baku TV-yə gözəl paytaxtımızla bağlı təəssüratlarını bölüşüblər

Dünən axşam Heydər Əliyev Sarayında Ukraynanın məşhur “Kvartal-95” Şən və Hazırcavablar Klubunun konserti baş tutub.

Gülüş ustaları yumoristik səhnələrlə tamaşaçıların hüzuruna çıxıb, onlara gülüş bəxş ediblər.

Bir-birindən maraqlı, eləcə də, göz oxşayan səhnəciklərlə cəmiyyətin aktual mövzularına toxunan ŞHK üzvlərini tamaşaçılar alqışlara qərq ediblər.

Qrup üzvləri çıxışlarını yekunlaşdırandan sonra Baku TV-yə gözəl paytaxtımızla bağlı təəssüratlarını bölüşüblər:

“Brilliant əl” kinokomediyasının çəkildiyi İçərişəhərdə olduq. Paytaxtınız çox gözəldir. Azərbaycanın ləziz mətbəxinin təamlarından olan qutab, düşbərə, qarpız və feyxoa mürəbbəsi, armud turşusunun dadına baxdıq. Çox bəyəndik. Hətta gedəndə özümüzlə də bu təamlardan aparmağı düşünürük. Ümumiyyətlə, sizin mətbəx çox dadlıdır”.

Qeyd edək ki, Ukraynanın məşhur “Kvartal-95” Şən Hazırcavablar Klubunun konserti “Global” Media qrupunun təşkilatçılığı ilə baş tutub.

AzNews.az