- Üçüncü sektor
- 29 Oktyabr 2019 13:54
- 7 917
"Instagram" tərəfindən tanınan ilk aparıcımız görün kim oldu
"1 milyon olmağımıza az qaldı"
Məşhur aparıcı Afaq Gəncəli "Instagram" tərəfindən rəsmi tanınması haqda paylaşım edib.
AzNews.az xəbər verir ki, aparıcı paylaşımında izləyici sayının 1 milyona çatdığını da qeyd edib:
"Nəhayət! Təşəkkürlər "Instagram".
"Instagram" artıq məni də tanıdı. Əsas təşəkkür isə izləyicilərimə düşür. Verdiyiniz dəyərə və sevginizə görə təşəkkürlər. Bu arada, 1 milyon olmağımıza az qaldı",- deyə aparıcı yazıb.
Xatırladaq ki, bəzi məşhurumuzun səhifəsi sosial şəbəkə tərəfindən təsdiqlənib. Lakin səhifəsi təsdiqlənən ilk qadın aparıcı adını isə Afaq Gəncəli qazanıb.
Qeyd edək ki, Afaq Gəncəli uzun müddətdir ki, Azad Azərbaycan televiziyasının əməkdaşıdır.
Səidə Vahid
AzNews.az