- Üçüncü sektor
- 17 Sentyabr 10:25
- 11 329
Azərbaycan QHT-ləri: ABŞ və Aİ Emənistanın ticarət əməliyyatlarına nəzarəti artırmalıdır
Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir.
Bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) ABŞ və Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktubunda bildirilib.
Qeyd olunub ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə baxmayaraq, bir sıra Aİ ölkələri Rusiya Federasiyası ilə Ermənistan vasitəsilə xarici ticarət əməliyyatlarını davam etdirir: "Belə ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanla Aİ arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur. Bir sıra Avrozona ölkələri ilə münasibətdə isə nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir. Belə ki, 2023-cü ildə 2021-ci illə müqayisədə Ermənistanın Yunanıstana ixracı 39 dəfə və Kiprə ixracı 24 dəfə artıb.
Necə ola bilər ki, bir tərəfdən Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma digər tərəfdən elə həmin sanksiyaların tətbiqinə cavabdeh olan ölkələr Ermənistanın Rusiya ilə qanunsuz ticarətində iştirak edir? Axı dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir".
QHT-lərin bəyanatında sülh, sabitlik və beynəlxalq hüququn aliliyi tərəfdarları kimi biz sanksiya tətbiq edən ABŞ və Avropa İttifaqını aşağıdakı addımları atmağa çağırış əks olunub. Bildirilb ki, Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılmalı, idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılması, bu sahədə şəffaflığın təmin edilməsi, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısı alınmalıdır. Eyni zamanda sanksiyaların icrasının təmin edilməsi tələb edilib: Biz Qərb hökumətlərini mövcud sanksiyaların daha sərt icra edilməsinə və sanksiyalardan yayınmağa kömək edən hər hansı bir dövlətə, o cümlədən Ermənistana məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə çağırırıq".
Daha sonra bildirilib ki, Ermənistana diplomatik təzyiq gücləndirilməlidir: "Biz Qərb ölkələrinin Ermənistanı Rusiyaya dəstəyi dayandırmağa çağıran birbaşa diplomatik səylərini artırmalarını, Ermənistana beynəlxalq hüquq qarşısında olan öhdəliklərini və sülh içində birgəyaşayış prinsiplərinə əməl etməli olduğunu xatırlatmağı tövsiyə edirik".