Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 100%-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 253,4 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Aznews.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 11,6% azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 98,4% artıb.

10 ayda illik müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə notbukların istehsalı 15,6 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı 20%, güc transformatorlarının istehsalı isə 71,1% azalıb.