- Fanat
- 13:34
- 1 277
"Mançester Siti" - "Qalatasaray" matçında dörd ulduz futbolçu iştirak etmir!
UEFA Çempionlar Liqasının 8-ci və son turunda “Qalatasaray” sabah Etihad Stadionunda İngiltərə təmsilçisi “Mançester Siti” ilə qarşılaşacaq.
Turnirdə “sarı-qırmızılılar” 3 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə topladığı 10 xalla 17-ci pillədə qərarlaşıb. Mançester təmsilçisi isə 4 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət nəticəsində qazandığı 13 xal və top fərqi ilə 11-ci yerdə yer alır.
Son oyunlar öncəsi ilk 24-lüyə düşmək üçün üstün mövqedə olan “Qalatasaray”, “Mançester Siti” ilə oyundan xal və ya xallar qazanaraq turnir cədvəlində daha yuxarı pillədə yer almağı hədəfləyir. İstanbul təmsilçisi məğlub olacağı təqdirdə isə mövqeyi digər qarşılaşmaların nəticələrindən asılı olacaq.
“Sarı-qırmızılılar” bu mövsüm Çempionlar Liqasında “Liverpul”u 1:0, “Bodo/Qlimt”i 3:1, “Ayaks”ı isə 3:0 hesabı ilə məğlub edib. Komanda “Ayntraxt Frankfurt”a 5:1, “Union Sen-Jillua”ya 1:0 və “Monako”ya 1:0 hesabı ilə uduzub. “Qalatasaray” “Atletiko Madrid”lə isə 1:1 hesablı heç-heçə edib.
3 futbolçu sarı vərəqə həddindədir
“Qalatasaray”da yeni transferlər Noa Lanq, Yaser Asprilla və Kazımcan Karataş UEFA siyahısına daxil edilməyib. Vilfrid Sinqonun durumu son məşqdən sonra dəqiqləşəcək.
Komandada İsmail Yakobs, Davinson Sançes və Mario Lemina sarı vərəqə cəza həddində olan futbolçulardır.
“Mançester Siti” – “Qalatasaray” qarşılaşmasını İspaniya Futbol Federasiyasından Alejandro Ernandes idarə edəcək. Ona Xose Naranxo və Dieqo Sançes Roxo kömək edəcək. Dördüncü hakim Xose Luis Munuera olacaq. VAR-da Karlos del Serro Qrande, AVAR-da isə Romano Klavadetşer vəzifə yerinə yetirəcək.
Mövsüm,
AzNews.az