Bu adamlar belə işlərin üzərindən pullar alıb, pullar verirlər. Bu adamlar belə işlərin üzərindən pullar alıb, pullar verirlər.
  • Tribuna
  • 10 Yanvar 2019 16:11
  •  2 823

Qardaş taleyi üzərində biznes qurmağın adı nədir? - Sahib Məmmədov

Bu adamlar belə işlərin üzərindən pullar alıb, pullar verirlər.

“Emin bizi söyməsin neyləsin? Qardaşının hesabına nə qədər qabaq düşəcəkdi. Erməni lobbisinin təsiri altında olan konqresmenlər görəsən nədən narahatdır? Deməli, Eminlə Sevinc Osmanqızı bu gün Vaşinqtonda mətbuat konfransı keçirib bəyan edəcək ki, Mehman 15 gündür aclıq edir.
Hər şey anlayıram, amma insanın öz doğmasına qarşı belə qəddar münasibəti anlaşılan deyil. Qardaş taleyi üzərində biznes qurmağın adı nədir?”

AzNews.az xəbər verir ki, bu fikirlər Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədova məxsusdur.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, həbsdə olan “blogger” Mehman Hüseynovla görüşüb reallığı - ona qarşı heç bir təzyiqin olmaması, eləcə də deyildiyi kimi, ac qalmadığı ilə bağlı ictimaiyyətə məlumat verəndən sonra Emin Hüseynov adlı qardaşı söyüş və təhqirlərə başladı:

“ABŞ-da Sevinc Osmanqızı ona xüsusi veriliş həsr elədi, orada bizi söydürdü. Əvvəlcədən də bilinirdi ki, reallıq onların mənafeyinə uyğun deyil, sərf eləmir. Bu gün Vaşinqton vaxtı ilə saat 11-də onlar Vaşinqtonda bir press klubu kirayələyib Beynəlxalq Amnistiya Təşkilatı (PEN), Sevinc Osmanqızı və sair şəxslərin iştirakı ilə “15 gün aclıq, işgəncə və həbsxana” adlı mətbuat konfransı keçirəcəklər. Bunu da şəxsən prezidentin qurbanı adlandırırlar. Yəni hələlik ilkin press-anonslarda belə bəyan edirlər. Mehman Hüseynov hazırda təcridxanadadır. Bunu qoyaq qırağa. Amma bu şəxslər onun 15 gün ac və işgəncə altında saxlanıldığını iddia etməklə bütün dünya ictimaiyyətini aldadırlar. Bu adamlar belə işlərin üzərindən, hətta qardaşları olsa belə, biznes qururlar, pullar alıb, pullar verirlər. Erməni lobbisi də bu vəziyyətdən istifadə edərək məsələni daha da təşviq edir, onlara dəstək göstərir. Nəticədə, bundan Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin əleyhinə bir kampaniya kimi istifadə edirlər”.

Elgün
AzNews.az

image description