Ziyalı talışların özləri də Fəxrəddin Abbasovu və onun kimilərini lənətləyirlər. Ziyalı talışların özləri də Fəxrəddin Abbasovu və onun kimilərini lənətləyirlər.
  • Tribuna
  • 4 Mart 2019 15:51
  •  5 260

Bu adam peşəkar cinayətkardır - Vüqar Rəhimzadə

Ziyalı talışların özləri də Fəxrəddin Abbasovu və onun kimilərini lənətləyirlər.

Bu günlərdə bəzi yerli və xarici hüquq müdafiə təşkilatları, eləcə də ayrı-ayrı şəxslər Fəxrəddin Abbasovu alim, intellektual kimi qələmə verir, onun həbsində siyasi motiv axtarır, həbsini siyasiləşdirməyə, Azərbaycanda azsaylı xalqlara, etnik azlıqlara təzyiq kimi qələmə verməyə çalışırlar.

Hətta Ermənistan KİV-ləri, erməni lobbi təşkilatları F.Abbasovun həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması, bu əsasda talışlara qarşı təzyiqin nümunəsi kimi təqdim edərək kampaniya aparırlar.

Məsələ ilə bağlı "İki sahil" qəzetinin baş redaktoru, siyasi şərhçi Vüqar Rəhimzadə AzNews.az-a bildirdi ki, F.Abbasov konkret cinayət əməlinə görə həbs edilib. O, daim Azərbaycan əleyhinə iş aparan bir adam olub:

"Heç kim onu alim və ya elm adamı kimi təqdim edə bilməz. Bu adam peşəkar cinayətkardır. Ona görə də qəti şəkildə dövlət qanunları qarşısında cavab verməlidir. Hər bir vətəndaşın da istəyi budur ki, onun kimi cinayətkarlar layiqli cəzalarını alsınlar. Bu da vətənə xəyanət edən digərləri üçün də dərs olsun. Təbii ki, bu gün bəzi beynəlxalq təşkilatlarda oturan ermənilər onu müdafiə edirlər. Ona görə ki, bu adam ermənilərin sifarişini yerinə yetirən, onların xeyrinə işləmiş bir şəxsdir. Erməni isə açıq şəkildə bizim düşmənimizdir. Düşmənin dəyirmanına su tökən istənilən şəxs də Azərbaycanın düşmənidir".

V.Rəhimzadə əlavə etdi ki, bəzən talışların adından istifadə edib, onu müdafiə edirlər. Amma ziyalı və ağsaqqal talışların özləri belə Fəxrəddin Abbasov və onun kimilərini lənətləyirlər.

Elgün
AzNews.az