Faciənin nəticəsini isə ömür boyu batanın yaxınları çəkirlər Faciənin nəticəsini isə ömür boyu batanın yaxınları çəkirlər
  • Tribuna
  • 29 İyul 2019 14:52
  •  3 904

Deputat dənizdə batanlardan danışdı: İçkili olurlar...

Faciənin nəticəsini isə ömür boyu batanın yaxınları çəkirlər

“Hər gün suda adam batması ilə bağlı xəbərlər eşidirik. Ən dəhşətlisi isə insanlarımızın qrup halında batmasıdır”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə nəzarətsiz ərazidə dənizdə batan şəxslərlə bağlı danışarkən deyib. O, qeyd edib ki, suda batan insanlar bir qayda olaraq üzə bilməyənlərdir:

“Ya içkili olurlar, ya da üzmək üçün yararsız yerdə suya baş vururlar. Faciənin nəticəsini isə ömür boyu batanın yaxınları çəkirlər. Batanlar bir qayda olaraq yeniyetmə və gənclərdir. Hər batan gənc hardasa ərə getməyən bir ismətli qız, anadan olmayan azı iki nəfər uşaq, ömrü boyu faciənin agrısını çəkən valideynlər, bacı-qardaşlar deməkdir.

Gənclər, su ilə zarafat etməyin.

Gənclər, özünüzü qoruyun.

Gənclər, siz bizim üçün qiymətlisiniz”.

Bahar RÜSTƏMLİ

AzNews.az