Müşfiq Ələsgərli: “Adınızda “Qul” yarlığı daşıyırsınız” Müşfiq Ələsgərli: “Adınızda “Qul” yarlığı daşıyırsınız”
  • Tribuna
  • 29 İyul 2019 15:17
  •  7 570

Sən trolluq edirsən, Qulu Məhərrəmli - Müşfiq Ələsgərlidən toyuq oğrusunun müdafiəçilərinə sərt cavab

Müşfiq Ələsgərli: “Adınızda “Qul” yarlığı daşıyırsınız”

Uzun illər Azərbaycan Televiziyasında çalışmış Qulu Məhərrəmli ilə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli arasında Facebook sosial şəbəkəsində gərgin mübahisə düşüb. Buna səbəb sosial şəbəkədə 150 min nəfərdən çox izləycisi olan “Brifinq” səhifəsində Müşfiq Ələsgərilinin “Siyasiləşmiş media ekspertləri: onlar kimin maraqlarına xidmət edirlər” adlı yazısının paylaşılması olub.

Həmin paylaşımın altında Qulu Məhərrəmli media etikasını və ümumi nəzakət qaydalarını pozaraq Müşfiq Ələsgərlinin təhqir edib, daha sonra bildirib:

“Mətbuatımızın tənəzzülünü görməyib başı qrantlara qarışan, çirkli oyunlara bulaşıb sifarişçilərin hazırladığı belə böhtan xarakterli yazılara imza qoyan Müşfiq Ələsgərli kimi “media ekspertləri”nin mətbuatdan və vətənpərvərlikdən danışmağa heç bir mənəvi haqqı yoxdur...”.

Müşfiq Ələsgərlinin cavabı isə Qulu Məhərrəmlinin qulağının dibində, obrazlı desək, sillə kimi partlayıb:

“Qulu Məhərrəmli, əgər sözünüz varsa, yazıda əks olunan və Sizə ünvanlanan iradlara cavab verin, lütfən. Mən yazıda irad bildirdiyim məqamları uydurmamışam, hər birini sizlərin mediadakı çıxışlarından, müsahibələrindən götürüb yazıya daxil etmişəm, hər birinin də linkini təqdim etmişəm. Cavabınız varsa, o iradlara yönəldin. Şəxsinə və ya təmsil etdiyi qrupa qarşı səslənən iradlara cavab verməkdən yayınmaq, əvəzində irad bildirən şəxsi gözdən salmaq üçün böhtanlar atmaq, qondarma ittihamlar irəli sürmək , ictimai rəyi çaşdırmağa çalışmaq "media eksperti" üçün xarakterik hal deyil, Qulu müəllim, bunun adı, trolluqdur. Siz bu şərhinizdə trollar kimi davranmısız. İradları cavablandırmaq yerinə təhqirə əl atırsınız... Bu imici Sizə heç yaraşdırmadım. Təhqir ikibaşlı olur, dediyiniz sözləri özünüzə qaytarmaq çox asandır, an məsələsidir, bilirsiz. Əgər təhqir yazırsınızsa, demək, veriləcək cavabı da qəbul etməyə hazırsınız. Sizi buna vadar edən nədir?

Bəlkə yazını emosiya ilə oxumusunuz, lazımi məqamlara diqqət yetirməmisiniz. Sakit, soyuq başla bir də oxuyun, sonra müzakirə edək. İndilik isə Sizin görə və ya dərk edə bilmədiyiniz 2-3 məqamı xatırladıram:

- Mənim heç vaxt siyasi mənsubiyyətim olmayıb, heç bir partiya və ya siyasi qrup üzvü olmamışam, bu baxımdan siyasi öhdəliyim də olmayıb. "Buyruq qulu" olmağımı şərtləndirən heç bir səbəb yoxdur. Bu "siyasi sifariş icra edən buyruq qulu" yarlığını mənim üçün yazmamışdan öncə öz karyeranıza baxın: müqayisə olunacaq qədər şəffafsınızmı? Karyeranızla yanaşı, adınızın leksik mənasına və semantikasına nəzər salmağı da unutmayın: "Qul" yarlığını adınızda Siz daşıyırsınız, Qulu müəllm, həm də çox yaraşır.

İndi isə mənim yazımda ya görmədiyiniz, ya dərk edə bilmədiyiniz bəzi məqamlar barədə:

- Mən qrantlarla çox işləyirəm, başım onlara çox qarışır. Bunu tam dəqiq demisiniz. Amma mən, Qulu müəllim, sizlərdən fərqli olaraq, qranta yeyinti vasitəsi kimi baxmıram. Qrant, auditoriyaya faydalı bir fikir çatdırmaq üçün verilən vəsaitdir. Sizlər, 300 milyonluq qrantları, sadə dillə desək, basıb yemisiniz. Ona görə başqasına da belə yanaşırsız, elə bilirsiz ki, qrant alıbsa, deməli pulu yeyiblər. Hər kəsi öz yanlışlarınıza tay etməyin, lütfən. Sizin qranta baxışınız fərqlidir, yanlışdır, zərərlidir. Təfəkkürünüzdə dəyişiklik edin, zamanı çatıb. Belə yanaşma sizləri uçuruma aparır, imicinizə zərbə vurur, sizlərə inanmış insanları da ruhdan salır....

- Nəhayət, polemika aparmaq istəyirsinizsə, buyurun, bunun üçün rahat vasitələr var, mən də hazıram. Harada, hansı format Sizə uyğundursa, deyin, fikir mübadiləsi aparaq. Yalnız bir şərtlə: söyüşdən, böhtandan, təhqirdən uzaq, ideyalar polemikası olsun. Yox, əgər yalnız birinci variant üzərində danışa bilirsinizsə və mütləq təhqir motivli polemika istəyirsinizsə, bunun üçün başqaları var, gedib onlarla oyun qurun. Mənim ailə tərbiyəm söyüşlə, böhtanla oyun qurmağı qəbul etmir.

Müşfiq Ələsgərli sözlərinə belə davam edib:

“Bir də mənim haqqımda "vətənpərvərlikdən danışmağa haqqı yoxdur" yazmısınız. Qulu müəllim, mənim kiçik vətənim, yəni doğulduğum kənd, böyüdüyüm oba Qarabağın tam əks qütbündə yerləşir, "cənubluyam". Mənim nəslim, ailəm Qarabağ savaşında (mənim anlamımda Böyük Vətən uğrunda savaşda), həm də Zəngilandakı savaşda, sənin doğulduğun kənd uğrunda savaşda 16 nəfər şəhid verib, 2 nəfəri Milli Qəhrəmandır, 4 nəfər ağır formalı əlilimiz var, ailələrinin təminatında mən də rol oynayıram. Öz fəaliyyətim haqqında yazmıram, ayıb sayıram. Qısa deyim ki, biz Vətənimiz yolunda həm sənətimizlə, həm qələmimizlə, həm də canımızla savaşmağı, bu yolda ölməyi bacarırıq. Sən öz kəndin, kiçik vətənin uğrunda döyüşlərdə ölməmisən, Qulu müəllim. Vətən, torpaq, qeyrət, uğrunda ölmək lazım gələndə fiziki baxımdan ölməyi bacarmayan adam, mənəvi baxımdan ölür. Sən, əgər vətən barədə təsəvvürün varsa, mənəvi ölmüş adamsan, Qulu müəllim (ifadəyə görə üzürlü sayın, amma variant tapmaq olmur), mənə vətənpərlik dərsimi keçirsən?”.

Quli Məhərrəmli Müşfiq Ələsgərlinin sərrast mövqeyi qarşısında nala-mıxa vuraraq vəziyyətdən çıxmağa çalışıb, amma hər cavabl ilə yenidən özünü biabır edib.

AzNews.az