Bu, hər birimiz üçün utancgətirən haldır Bu, hər birimiz üçün utancgətirən haldır
  • Tribuna
  • 18 Sentyabr 2019 15:07
  •  3 931

“O məmur cindarı yox, vətəndaşı otağına buraxmalıdır!”

Bu, hər birimiz üçün utancgətirən haldır

Bu gün sosial şəbəkələrdə molla qiyafəsində görünən bir şəxsin məmur otağında videosu yayımlanıb. Videodan göründüyü kimi, o otaqda həmin o cindar özünün " fantasiyalarını" həyata keçirdir. Guya cinləri məmurun otağından qovur.

Bu sözləri BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı AzNews.az saytına açıqlamasında bildirib.

Onun fikirincə, baş verən bu hadisə xoşagələn deyil və hər birimiz üçün utancgətirən haldır:

“Təəssüf ki, 21-ci əsrdə cəhalətin hələ də qalması hər birimizi üzür və bunu ali savadlı, xüsusən də dövlət vəzifəsi daşıyan şəxsin etməsi onu deməyə əsas verir ki, ali təhsil cahillərimiz də mövcuddur.

Düşünürəm ki, həmin o məmuru başa salmaq lazımdır ki, cindarı otağına buraxıb, uzun müddət vəzifədə qalmaq niyyəti güdməsin, bunun əvəzində vətəndaşı otağına buraxsın".

QHT sədri hesab edir ki, həmin məmur zəhmət çəkib öz vəzifə borcunu icra etməlidir:

"Yəni, vətəndaşın problemlərini dinləməli, həmin problemin həlli istiqamətində işini qurmalıdır!. Necə ki, cənab prezident İlham Əliyev hər zaman xüsusi olaraq qeyd edir ki, məmurun vəzifəsi vətəndaşa xidmət etməkdir!".

Niyaməddin Orduxanlı baş verən hadisəni biabirçılıq adlandırıb.

AzNews.az