Vətəndaşlarımızı rahatsız edən bu məsələnin həllində lazımi həsaslıq göstərilsin Vətəndaşlarımızı rahatsız edən bu məsələnin həllində lazımi həsaslıq göstərilsin
  • Tribuna
  • 19 Sentyabr 2019 10:07
  •  3 298

Şagirdlərin avtobusda pulsuz getməsi ilə bağlı Baş nazirə müraciət hazırlanır

Vətəndaşlarımızı rahatsız edən bu məsələnin həllində lazımi həsaslıq göstərilsin

Milli Məclisin deputatı Fazil Mustafa orta məktəb şagirdlərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı Baş nazir Novruz Məmmədova müraciət hazırlayır.

AzNews.az xəbər verir ki, bu barədə deputatın özü məlumat verib. O bildirib ki, şagirdlərə ictimai nəqliyyatın pulsuz olması ilə bağlı təklifinə Nazirlər Kabinetinin mətbuat xidmətindən pozitiv reaksiya verilib:

“Artıq hörmətli Baş nazirimizə bu məsələ ilə bağlı müraciət hazırlayıram, yaxın günlərdə göndərəcəyəm. Çox istərdim ki, vətəndaşlarımızı rahatsız edən bu məsələnin həllində lazımi həssaslıq göstərilsin”.

Qeyd edək ki, deputat Fazil Mustafa orta məktəb şagirdlərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı məsələ qaldırıb. Məsələyə Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən “Hörmətli millət vəkili bu hüquqdan istifadə edərək, təşəbbüslə çıxış edib, Nazirlər Kabinetinə rəsmi qaydada təkliflə müraciət edə bilər. Müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstəriləcək və məsələyə qanunvericilik çərçivəsində baxılacaq”-deyə bildirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az