Siz əlinizə fürsət düşəndə nələr etməzsiniz ki? Siz əlinizə fürsət düşəndə nələr etməzsiniz ki?
  • Tribuna
  • 23 Sentyabr 2019 14:49
  •  3 492

Emin Milli Fuad Qəhrəmanlının həbsini tələb etdi

Siz əlinizə fürsət düşəndə nələr etməzsiniz ki?

Son günlər AXCP sədri Əli Kərimlinin sabiqə çevrilən müavini Fuad Qəhrəmanlının ətrafında baş verən hadisələr və bu qovğada Gültəkin Hacıbəyli isminin dövriyyəyə girməsi... - fərqli bir yozum tələb edir.

Nə baş verir?

Əslində, hər şey çoxdan “baş” verənlərdir, sadəcə, indi fəsadları baş verir. İndimi?

Yox, fəsadlar da çoxdan başlayıb, bir müddətdir ən dəhşətlilərini müşahidə edirik.

Görürük ki, hakimiyyəti ağına-bozuna baxmadan ittiham edənlər əllərinə düşən “ufacıq” fürsəti qaçırmadan saxtakarlıq edir, “siyasi mühacir” üçün partiya bileti satır, erməni diasporuna bağlı donorlardan “layihə” adı ilə pul alır, erməni patriotların tədbirlərində başda oturur, onların kampaniyalarına qoşulur və s...

Müxalifətin Azərbaycanda bu qədər zəlil və zəbun olmasının səbəbi təkcə bu deyil.

Bütün ölkələrə güclü müxalifət lazımdır, o cümlədən Azərbaycana. Güclü müxalifət ölkənin zəiflərinə, boşluqlarına diqqət çəkir, o məqamlardan siyasi xal qazanmaq istəyir, hakimiyyətlər isə məhz müxalifətin boşluqlardan istifadə etməsinin qarşısını almaq üçün üzə çıxan “zəiflərini” aradan qaldırır. Nəticədə, dövlət güclənir, xalqın rifahı yaxşılaşır, korrupsiya və rüşvət aradan qalxır.

Bizdə isə boşluqlar da, zəiflər də olmasına baxmayaraq, güclü müxalifət yoxdur. Çünki bu müxalifət adına iddia edən şəxslərin böyük əksəriyyəti siyasi xəyanətin əsasını qoyanlardır, xarici, antimilli qüvvələrdən hansısa məqamda pul alanlardır, ölkə əleyhinə fəaliyyət göstərənlərdir.

Bundan daha pisi isə bu “üzdə olanların” əxlaq göstəriciləridir.

Bəlkə də Hollandiyada “gey”, yaxud “lezbiyan” olmağın siyasi fəaliyyət və sosial baza üçün heç bir fərqi yoxdur, çünki o xalqın düşüncə tərzi fərqlidir. Amma Azərbaycan xalqının dəyərləri, baxışı, ənənələri başqadır.

Bu xalq “Oğluna xurmanı az yeməsini tövsiyə edə bilmərəm, buna mənəvi haqqım yoxdur, çünki bu gün çoxlu xurma yemişəm” əxlaqına dəyər verir; bu xalq gənc yaşda dul qalıb, “bir saçını ağ, bir saçını qara hörüb, övlad böyüdən ana” dəyərinə sahibdir; bu xalq evli kişinin ailəsinə girən dul xanımı “şeytanın törəməsi” sayacaq düşüncəsindədir; bu xalq yetkin qız atasının sevgi macərasına Avropa təfəkkürü ilə yanaşmır, o kişidən imtina edir; bu xalq balası sayılan şəxsi yatağına salan adamın “qanını torpağa düşmədən öldürülməsi” təfəkküründədir; bu xalq ailə ilə bağlı söyüşləri qan davasına səbəb sayır, o söyüşü söyənin öldürülməsinə normal baxır.

Siz bu dəyərlərin hansı birini qoruyursunuz? Siz ailənizə necə sadiq oldunuz? Siz nəfsinizi – bioloji və fiziki anlamda – necə ram etdiniz?

Siz - mirətinizin əlində zəlil olanlar, qurşaqdan aşağı düşünənlər, hansı mənəvi haqla qarşı tərəfi ittiham edirsiniz ki, bu xalq da sizə inansın?

İlk fürsətdəcə nəfsinin qulu olanlar, “sevgisi” ilə ailə dağıdanlar, doğması ilə yatağa girənlər, ən pis söyüşləri dilinə almağı ar etməyən abırsızlar, həyasızlar, sizə nəyi etibar etmək olar? Siz əlinizə fürsət düşəndə nələr etməzsiniz ki?

Bu dövlətə, bu xalqa güclü müxalifət lazımdır – xalqın firavanlığı, dövlətin güclənməsi, hakimiyyətin daha yaxşı çalışması üçün.

Dərhal cəhənnəm olun, siyasi səhnədən rədd olub gedin! Qoy, bu xalqın dəyərlərinə hörmət edən, öz nəfsini hər mənada qorumağı bacaran gənclər gəlsin – ləkələnməyənlər, pak yaşayanlar, nəfsini boğanlar, əxlaqlılar.

Qoy, o əxlaqlılar çıxsın – sözünü də əxlaqla desin, hesabı da əxlaqla sorsun, qarşı tərəf də bu dəyərlərə söykənən şəxslərin qarşısında güzəştə getsin!

Şeyx Teymur