Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı
  • Tribuna
  • 4 Oktyabr 2019 10:10
  •  6 852

İlham Əliyev Paşinyanın sözlərinin sayıqlama olduğunu dəqiqliklə əsaslandırdı

Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı

“Ermənistanın Baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına Azərbaycan Prezidenti cənab İlham Əliyevdən cavab gəldi: "Qarabağ Azərbaycandır və nida!".

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Deputat xatırladıb ki, Nikol Paşinyan o sözləri Xankəndidə demişdi:

"Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putinin, Xarici İşlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi. Verdi və Ermənistanın Baş nazirinin sözlərinin doğrudan da sayıqlama olduğunu, həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı".

Sahib Alıyevin fikrincə, Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və diplomatik nokaut deyilən bir anlayış varsa, bu, o olsun gərək.

Bahar RÜSTƏMLİ

AzNews.az