"Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır" "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır"
  • Tribuna
  • 4 Oktyabr 2019 10:39
  •  5 728

Millət vəkilindən Prezidentin bəyanatına DƏSTƏK

"Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır"

“Dövlətimiz və xalqımız lideri Prezident İlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan etdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır”.

AzNews.az bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Deputat həyatın, siyasətin, dövlət maraqlarının müdafiəsinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin mübarizə olduğunu deyib:

"Azərbaycan müstəqilliyinin qorunmasi, ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəsini heç zaman zəiflətməyəcək. Dövlətimiz və xalqımız lideri Prezident İlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan etdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi ".

Bahar RÜSTƏMLİ

AzNews.az