Paşinyan bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir Paşinyan bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir
  • Tribuna
  • 12 Oktyabr 2019 11:06
  •  6 734

"Buna susdurmaq yox, məhz ağzının üstündən vurmaq deyirlər"

Paşinyan bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir

Buna susdurmaq da yox, məhz ağzının üstündən vurmaq deyirlər. Söhbət Nikol Paşinyanın Azərbaycan Prezidentinin Aşqabadda MDB Dövlət Başçıları Şurasının toplantısında çıxışı zamanı guya erməni xalqını təhqir və oradakı dövlət başçılarına isə hörmətsizlik etməsinə cənab İlham Əliyevin verdiyi cavabdan gedir.

Bu sözləri özünün Facebook səhifəsində millət vəkili Sahib Alıyev yazıb.

O xatırladıb ki, Paşinyan dövlət başçımızın Qaregin Njdeyə Ermənistanın keçmiş hakimiyyətinin heykəl qoymasını nasizmin qəhrəmanlıqlaşdırılması kimi qiymətləndirməsini erməni xalqına təhqir və MDB ölkələrinin oradakı liderlərinə isə hörmətsizlik olduğunu bildirmişdi:

"Onun bu növbəti sərsəmləməsinə Prezidentimizin cavabını olduğu kimi təqdim edirəm: "Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın baş nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub".

Sahib Alıyevin fikrincə, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir:

"Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib. Sağ olun".

AzNews.az