- Tribuna
- 12 Oktyabr 2019 11:21
- 8 613
İlham Əliyev yenidən Ermənistana çox güclü diplomatik zərbə vurdu
“Ermənistan Baş nazirinin cavabı çox çılız idi"
“Prezident İlham Əliyev yenidən Ermənistana çox güclü bir diplomatik və siyasi zərbə vurdu”.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən çıxışını şərh edərkən deyib.
Onun fikrincə, çənab prezidentin bu səfəri bir necə cəhətdən maraq doğurur:
“Birincisi, Müstəqil Dövlətlər birliyinə daxil olan ölkələrin dövlət başçılarının sammitində iştirak etməklə həmin ölkələrlə münasibətləri daha da dərinləşdirməyə xiidmət edir. Burada həm siyasi, həm də ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsindən söhbət gedir. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər onlarla hər hansı əlaqədən söhbət gedə bilməz. Cənab prezident çıxışında digər təşkilat üzvləri arasında münasibətlərdən də söz açdı. Ən vacibi isə prezident yenidən Ermənistana güclü bir diplomatik və siyasi zərbə vurdu. Qarşıdan faşizm üzərində qələbənin 75 illik yubileyi gəlir. Bu yubileyə hər bir ölkə ilk növbədə özünün faşizmlə mübarizəsində naliyyətlərindən danışır. Cənab prezident qonşu Ermənistanın nəinki fasizmlə mübarizə aparan, əslində faşistlərlə yaxınlıq edən erməni millətindən bir nəfərə Yerevanın paytaxında heykəl qoyulmasından danışdı. Həmin şəxsin faşist olduğunu Rusiyanın tarixçilərinin faktları ilə sübut etdiyini bir daha xatırlatdi. Bir müddət əvvəl Rusiyanın Soçi şəhərində Ermənistanın Baş nazirinə verdiyi çox tutarlı cavabdan sonra bu, yenidən Ermənistan üçün çox ağır bir zərbə oldu”.
Aydın Mirzəzadə qeyd edib ki, hər belə çıxışdan sonra Ermənistan daxilində bir-birinin ardınca diplomatik uğursuzluğa dücar olduğu və nəyə görə Ermənistanın Azərbaycan rəhbərinə cavab verə bilməməsi sullar doğurur:
“Ermənistan Baş nazirinin cavabı çox çılız idi. Onun cavabı sammit iştirakçılarını razı salmadığı da aydın görünür. Hesab edirəm ki, cənab prezidentin tutarlı cavabları Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etməsi göstərir ki, Azərbaycan özünün müstəqilliyini, ərazi bütövlüyünü, beynəlxalq aləmdə nüfuzunu hərtərəfli qorumağa qadirdir”.
Bahar RÜSTƏMLİ
AzNews.az