- Tribuna
- 12 Oktyabr 2019 11:51
- 5 941
Ermənistana qarşı savaş təkcə döyüş bölgəsində getməməlidir
Bunun davam etməsi vacibdir
Aşqabad toplantısında ölkə prezidentinin çıxışını yüksək dəyərləndirirəm.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının Türkmənistanın paytaxtı Aşqabad şəhərindəki çıxışı ilə bağlı münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, bu istiqamətdə MDB ölkələrinin, xüsusi ilə də Rusiyanın həssaslığı hər kəsə bəllidir:
“Ermənistanda faşizmə xidmət etdiyinə görə abidəsi qoyulan və çoxlu insanın qətlamında rolu olan bir şəxs əvvəllər türklərin qətlamında iştirak edib. Sonrakı dövrlərdə isə daha çox Sovet dövlətinə qarşı savaşda faşizmin ideyalarının qorunması üçün çalışıb. Bu istiqamətdə açıqlamanın verilməsi artıq cavab imkanı da yaratmadı. Bunun başqa cavabı da yox idi. Bu məsələ piar, yaxud da fikir və düşüncə üstünlüyü olaraq Azərbaycanın mövqeyinin təqdirlə qarşılanmasına imkan yaratdı”.
Deputatın fikirincə, savaş təkcə döyüş bölgəsində getməməlidir:
“Bu, bir diplomatik savaşdır. Ölkə prezidentinin son iki mühüm tədbirdə - Soçi və Aşqabad görüşlərindəki çıxışlarında bu xəttin ardıcılı olaraq aparıldığı görünür. Bunun davam etməsi vacibdir. Bu kurs daha çox dəstəklənməlidir”.
Bahar RÜSTƏMLİ
AzNews.az