Son vaxtlar imtahanla qəbul olunan və müsahibədən keçən vəkillərin sayı artmağa başlayıb Son vaxtlar imtahanla qəbul olunan və müsahibədən keçən vəkillərin sayı artmağa başlayıb
  • Tribuna
  • 15 Oktyabr 2019 14:36
  •  3 822

"Anar Bağırov cəmiyyətə daha şəffaf və açıq kollegiya modelini təqdim edib"

Son vaxtlar imtahanla qəbul olunan və müsahibədən keçən vəkillərin sayı artmağa başlayıb

"Vəkillərin sayının artması vacibdir, çünki Azərbaycanda vəkillərin sayı çox azdır".

Bu sözləri e-huquq.az-a müsahibəsində Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, vəkillərin statusunun qaldırılması istiqamətində Vəkillər Kollegiyası çox müsbət işlər görür: "Xüsusi ilə də Vəkillər Kollegiyasının sədri Anar Bağırov cəmiyyətə daha şəffaf və açıq kollegiya modelini təqdim edib. Son vaxtlar imtahanla qəbul olunan və müsahibədən keçən vəkillərin sayı artmağa başlayıb. Bu, həm vəkillərin peşəkarlıq və savadlılıq meyarının yüksəlməsinə təkan verəcək, həm də adambaşına düşən vəkil sayının beynəlxalq, Avropa standartlarına uyğun olmasını təmin edəcək. Bunu ən azından Gürcüstan səviyyəsində etməyimiz bizim üçün çox vacibdir".

F. Mustafa qeyd edib ki, vəkillərin dövlət ittihamçısı və hakim qarşısında hüquqsuzluğunun ortadan qaldırılması da vacibdir:

"Çünki çəkişmə tərəflərinin güclü olması məhkəmənin güclü olması deməkdir. Belə ki, hər kəsin arqumentinin diqqətə alınması deməkdir, bu halda arqument üstünlüyü heç kimə verilməyəcək. Ona görə də məhkəməkətin nüfuzunun qalxması birinci növbədə həm də vəkillərin nüfuzunun qalxmasından asılıdır. Və bu tendensiyanı artıra bilsək, o zaman ədalətsiz qərarların sayı müəyyən dərəcədə azalacaq".

AzNews.az