• Tribuna
  • 21 Dekabr 2020 23:41
  •  1 131

"Mehriban xanm bu gün döyüş bölgəsində olan on minlərlə əsgər və zabitə dəstək olub"

Ordumuz haqqında bu cür təblığatın aparılmasında güclü erməni diasporasının xüsusi rolu var

"Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə xidmət edən on minlərlə hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinin şahidiyik".

Bunu mətbuata açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politolq, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Sədr müavini bildirib ki, yaxşı olardı ki, bəzi müxalifyönlü qüvvələr işğaldan azad edilmiş ərazilərimizdə xidmət aparan hərbçilərimizə yalnız sözdə yox, əməldə də dəstək verərdilər:

"Çox böyük humanist aksiya həyata keçirilir. Mehriban xanım həm də müharibə dövründə əsgərlərimizin ailələrinə dəstək olub. Hər bir ailəyə dəstək göstərilib. Qazi olmuş şəxslərin ailələrinə Heydər Əliyev Fondunun dəstəyi olub. 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin hər birinə hörmətli Mehriban xanım maddi dəstək də göstərir. Bu gün "Bravo" supermarketlər şəbəkəsi də bu humanist təşəbbüsə qoşularaq hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına həyata keçirdir. Bir necə gün idi ki, "5-ci" kalon və radikal müxalifət nümayəndələrinin sosial şəbəkələrdə şanlı ordumuzun gözdən salınmasına dair kampaniya aparılırdı.

Bəzi "vəkillər" də əsgərlərimizin aşağılanmasına dair fikirlər bildirirdilər. Məqsədləri ordumuz haqqında mənfi imic yaratmaqdır. Ordumuz haqqında bu cür təblığatın aparılmasında güclü erməni diasporasının xüsusi rolu var. Avropada fəaliyyət göstərən kanallar və bəzi ünsürlər bu kampaniyanı aparırlar. Məqsədləri həmişəki kimi dövlətin apardığı siyasətə və təşəbbüslərə kölgə salmaqdır. Yaxşı olardı ki, işğaldan azad edilmiş ərazilərimizdə xidmət aparan hərbçilərimizə yalnız sözdə yox, əməldə də dəstək verərdilər. Sonda onu da qeyd edim ki, hörmətli Mehriban xanımın bu dəstəyi xalqımız tərəfindən çox müsbət qarşılanır. Qarabağın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin olunmasında, beynəxlaq müstəvidə dövlət və milli maraqlarımızın müdafiə olunmasında birinci vitse-prezident Mehriban xanımın çox böyük əməyi və xidməti var".

AzNews.az