Əbəttə ki, İlk növbədə "qonşular kimi birlikdə necə yaşamaq" məsələsi həllini tapmalıdır Əbəttə ki, İlk növbədə "qonşular kimi birlikdə necə yaşamaq" məsələsi həllini tapmalıdır
  • Tribuna
  • 12 Yanvar 2021 18:12
  •  8 381

"Dağlıq Qarabağ münaqişəsi kecmişdə qaldı və biz gələcək barədə düşünməliyik"

Əbəttə ki, İlk növbədə "qonşular kimi birlikdə necə yaşamaq" məsələsi həllini tapmalıdır

Cənubi Qafqaz regionuna daxil olan ölkələrdə məskunlaşan ən müxtəlif xalqların, etnosların, dini konfessiyaların və mədəniyyətlərin nümayəndələri kimi aramızda sülhə, qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulmasına yönələn səylərimizi artırmalıyıq.

Bu isə bölgədəki reallıq, yeni konfiqurasiya ilə, uzun illər ərzində formalaşdırılmış münaqişə vəziyyətinin qısa - cəmi 44 günlük "dəmir yumruq" əməliyyatı fazasına, onun da nəticəsində münasibətlərin yeni bir düzəninə kecidlə bağlıdır.
Odur ki, region xalqları olaraq, bu reallığı olduğu kimi qəbul etməli, ümumi gələcəyimizi birgə qurmaq, nəticəsindən isə əmin olmaq ücün yeni çağırışlara adekvat cavab verməyə məsul olduğumuzu dərk etməliyik.
-"Nəqliyyat arteriyalarının acılması məsələlərini həll etməyə necə calışmaq" barədə təşəbbüslərin reallaşdırılması isə regionun iqtisadi və sosial vəziyyətini köklü şəkildə yaxşılığa doğru dəyişəcəkdir.

Odur ki, regionda iqtisadi əlaqələr məhz Azərbaycanın yaratdığı reallıqların məzmununa uyğun qurulmalı, yeni əməkdaşlıq formatları cərcivəsində daha aydın hədəflər və inkişaf perspektivlərinə həmahəng olmalıdır.
Belə bir durumda region ölkələrinin siyasi mövqeyi, həyata kecirdiyi iqtisadi-sosial siyasəti coxtərəfli formatda yenidən şəkillənəcək, müasir kommunikasiya və nəqliyyat infrastrukturunun yaranmasına, eləcə də Azərbaycanın tənzimləyici və birləşdirici rolundan istifadə ücün əlavə imkanlar acılacaqdır.

Azərbaycan və Ermənistan ərazisindən Türkiyə, İran və Rusiyanı bir-birinə daha sıx bağlayacaq arteriyalar, dəmir yolu xətləri region ölkələri və xalqlarını rifah və cicəklənməyə qovuşdurmağa xidmət edəcəkdir.
-Bütün bunlara isə əlbəttə ki, yalnız "regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək"
məqsədinə xidmət edəcək addımlarla nail olmaq mümkündür.

11 yanvar 2020 ci il Moskva görüşündə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı ikinci bəyanat məhz bu baxımdan vacib və əhəmiyyətli sənəd kimi diqqəti cəlb edir.
Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin bu görüş zamanı Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və təhkükəsizlik gətirilməsi naminə vacib olan bu istiqamətlər ətrafında sərgilədiyi mövqe, ölkəmizin imkanlarına, zəngin sərvətləri və resurslarına, ən əsası
Vətən Müharibəsində ortaya qoyulan " Dəmir İradənin", Xalqımızın və Ordumuzun birliyinə və gücünə əsaslanan ifadəsidir.
YOLUMUZ ACIQ OLSUN !!!

Bahar Muradova,

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri