Tahir Mirkişili dövlət satınalmalarında tapılan nöqsanlardan DANIŞDI

"Maliyyə intizamı həmin sahələrdə gücləndirilməlidir".

"Palatanın verdiyi təkliflərin hökumətin qərarlarında öz əksini tapması Milli Məclis və hökumət arasında əməkdaşlığın bariz nümunəsidir. Bəzi sahələrdə - məsələn dövlət satınalmalarında, müəyyən edilən nöqsanlar bu sahələrdə daha ciddi tədbirlərin görülməsini zəruri edir. Maliyyə intizamı həmin sahələrdə gücləndirilməlidir".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Tahir Mirkişili hesabatda aşkar edilmiş pozuntularla bağlı geniş təhlil aparıldığını söyləyib:

"Hesabatda rast gəlmədiyimiz bələdiyyələrin də fəaliyyətinin audit olunması tərəfimizdən palataya tövsiyə olunub. Palatanın fəaliyyətində istinad edəcəyi yeganə ən güclü mənbə qanunlar və qərarlardır. Dövlət satınalmaları ilə bağlı yeni qanunun hazırlanması artıq bitmək üzrədir”.