Hindistan simmetrik olmasa da bunun asimetrik cavabını alacaq Hindistan simmetrik olmasa da bunun asimetrik cavabını alacaq
  • Tribuna
  • 30 Sentyabr 2022 17:26
  •  7 092

Hindistan Ermənistana yaxşılıq yox pislik edir

Hindistan simmetrik olmasa da bunun asimetrik cavabını alacaq

Azərbaycanın 2022 – ci ildə müdafiə xərclərini, bir də Ermənistanın 245 milyon dollarlıq silah-sursat almaq istəyini göz önünə gətirin, görün revanşizmə meyllənəcəyi halda qarşı tərəfi nə gözləyir. Ermənistan 245 milyon dollarlıq silah-sursatla Azərbaycan ordusuna tab gətirə bilməz. Bu fikirləri Millət vəkili Sahib Alıyev Dehli və İrəvan arasında 245 milyon dollar dəyərində silah - sursat tədarükünə münasibət bildirərkən deyib.

Millət vəkili Sahib Alıyev əməkdaşımıza bildirib ki, Hindistanın Ermənistana silah – sursat satacağı ilə bağlı deyilənlər hələlik iddiadır. Amma bu iddia reallaşdığı halda belə Ermənistana yaxşı heç nə vəd etmir. Ermənistan 245 milyon dollarlıq silah-sursatla Azərbaycan ordusuna tab gətirə bilməz. Və ümumiyyətlə, Ermənistan rəhbərliyi son günlər baş verənlərdən nəticə çıxarmalıdır. Azərbaycan prezidenti cənab İlham Əliyevin bir bəyanatını da unutmamalıdır: "Azərbaycan Ermənistanın yenidən toparlanıb bizim üçün təhlükə yaratmasına, təhdidə çevrilməsinə imkan verməyəcəkdir". Əminəm ki, göndəriləcək silah – sursat Ermənistana gəlib çıxsa ikinci Qarabağ savaşında olduğu kimi ya dəmir – dümür yığınağına çevriləcək, ya da qənimət kimi ələ keçiriləcək. Yeri gəlmişkən bir məsələni də unutmaq lazım deyil ki, Hindistanın istehsal etdiyi silahların əksəriyyəti, Rusiyanınkıların zəif kopiyasıdır. İkinci Qarabağ savaşında Rusiyanın ən güclü zenit-raket komplekslərinin, radioelektron qurğularının necə sıradan çıxarıldığını xatırlamaq kifayətdir ki, əslində Hindistan Ermənistana yaxşılıq yox pislik etdiyi anlaşılsın. Hindistana gəldikdə onun ölkəmizə qarşı bu qeyri-dost hərəkətini Azərbaycan cavabsız qoymayacaq və bu qəbildən olan addımlara necə cavab vermək lazım gəldiyini dövlətimiz çox yaxşı bilir. Hindistan simmetrik olmasa da bunun asimetrik cavabını alacaq.”