O, ƏDV-nin ərzaq məhsullarına bir və ya bir neçə il müddətinə ləğv edilməsini təklif edib O, ƏDV-nin ərzaq məhsullarına bir və ya bir neçə il müddətinə ləğv edilməsini təklif edib
  • Tribuna
  • 4 Noyabr 2022 13:25
  •  9 781

Qiymət artımından əziyyət çəkən ailələrə belə dəstək olmaq olar

O, ƏDV-nin ərzaq məhsullarına bir və ya bir neçə il müddətinə ləğv edilməsini təklif edib

Azərbaycana idxal olunan ərzaq məhsulları və dərmanlara tətbiq olunan gömrük rüsumlarına dəyişiklik edilməsi təklif edilib.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı danışıb.

Deputat qeyd edib ki, ərzaq məhsulları və dərman vasitələrinə tətbiq olunan gömrük rüsumları kifayət qədər yüksəkdir.

O, ƏDV-nin ərzaq məhsullarına bir və ya bir neçə il müddətinə ləğv edilməsini təklif edib. Fəzail Ağamalının sözlərinə görə, bunu etməklə, qiymət artımından əziyyət çəkən aztəminatlı ailələrə dəstək olmaq olar. (qafqazinfo)