- Türkiyə
- 22 Oktyabr 2018 11:44
- 4 244
Silahlı əsgər hərbi hissədən qaçdı, adamları girov götürdü - FOTO
Qaçaq əsgər insanlara hücum edib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Qaziantepdə baş verib.
Bir əsgər, hərbi hissədən silah götürərək qaçıb.
O, “G3” tüfəngi ilə bir alış-veriş mərkəzinə (AVM) daxil olub və oradakı mağazanın işçilərini girov götürüb.
Hadisə yerinə çox sayda əsgər və polis cəlb olunub.
Əsgər saxlanılıb, girovlar azad edilib.

Nurlan AĞA
AzNews.az