Onlar FETÖ-ya görə yaxalanıb Onlar FETÖ-ya görə yaxalanıb

Prokuror düyməyə basdı: 103 hərbçi həbs edildi - Aralarında 2 polkovnik də var

Onlar FETÖ-ya görə yaxalanıb

Terror təşkilatı FETÖ-nun Türkiyə Silahlı Qüvvələrindəki istintaqı çərçivəsində 103 hərbçi haqda həbs qərarı verilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "Sabah" qəzeti yayıb.

İstanbulun Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı məlum olub ki, hərbçilər xüsusi telefonlarla FETÖ imamları ilə danışıblar.

Gözaltına alınanlar arasında 2 polkovnikin, 2 polkovnik-leytenantın da olduğu deyilir.

Babək Göyüş

AzNews.az