Millət vəkilləri arasında zaman-zaman qarşılıqlı mübahisələr baş verir. Millət vəkilləri arasında zaman-zaman qarşılıqlı mübahisələr baş verir.

Soylu ilə HDP-li deputat arasında parlamentdə qalmaqal: "Əlimiz-qolumuz bağlımı gəldik?"

Millət vəkilləri arasında zaman-zaman qarşılıqlı mübahisələr baş verir.

Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında Daxili İşlər Nazirliyi və əlaqədar təşkilatların 2019-cu il büdcələrinin müzakirəsi davam edir.

İclaslar zamanı, HDP-lİ deputatlarla AKP-li millət vəkilləri arasında zaman-zaman qarşılıqlı mübahisələr baş verir.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP-dən olan millət vəkili Ebrü Günayın çıxışında Afrinlə bağlı "işğal" sözünü istifadə etməsinə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu cavab verib.

Əvvəlki çıxışlar zamanı da "müxalifləri öldürdünüz" deyildiyini xatırladan Soylu, "Belə bir ifadə istifadə edə bilməzsiniz. Terror təşkilatının sözçülüyünü etməyin burada", - deyə bildirib.

Günay Soyluya, "Mənə barmaq silkələmə. Təhdid edirsiniz məni? Nəyi necə deyəcəyimizi bilirik" sözləri ilə cavab verib.

Soylu Günayı təxribatçılıqda ittiham edib. O, "Şəhid verən, veteranları olan Daxili İşlər Naziri kimi deyirəm. Bu ölkənin bir fərdi olaraq deyirəm. Millətə hörmətiniz olsun. "Müxalifləri öldürdünüz, işğal" deyəcəksiniz. Nəyin işğalı? Hansı ölkədən bəhs edirsiniz? Hansı işğaldan bəhs edirsiniz? 14 yaşlı uşaqlara Karayılanın necə təcavüz etdiyindən bəhs edin. Öldürülən müəllimlərdən, fəhlələrdən bəhs edin. Nazir gəlib burada oturacaq, istədiyinizi deyəcəksiniz. Əlimiz-qolumuz bağlımı gəldik?", - deyə əlavə edib.

AzNews.az