Süleyman şahın köhnə istirahət məkanı terror yuvasına dönüb Süleyman şahın köhnə istirahət məkanı terror yuvasına dönüb

Afrindən qaçan PKK terroristləri “Süleyman şah”a sığındılar

Süleyman şahın köhnə istirahət məkanı terror yuvasına dönüb

“Zeytin Dalı” hərəkatı ilə Afrindən qaçan PKK-lı terroristlər, Rakkada, Süleyman şahın köhnə istirahət məkanını sığınacağa çeviriblər.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Süleyman şahın keçmiş istirahət məkanı olan Caber qalası, ABŞ himayəsində olan PKK terror təşkilatının sığınacağına çevrilib. 1921-ci ildə Ankara anlaşması çərçivəsində Türkiyə torpağı kimi qəbul olunan Caber qalası, həm də 9 əsr Süleyman şahın məzarının olduğu yerdir. Buranı 2018-ci ilin yazında qərargahı kimi istifadə edən PKK, daha sonra buranı təlim mərkəzinə çevirib.

Terroristlərin qalanın içərisində video və şəkil çəkməsi təşkilat tərəfindən qadan edilib. Lakin bəzi PKK-lılar buna məhəl qoymadan qalanın içində təlim keçdiklərini etiraf edərək, Caber qalasında çəkilən şəkillərini paylaşırlar.

Münbiç əsilli türkmənlərdən olan Zəkəriya Qarslı, Afrin kimi PKK-nın işğalı altında olan Süleyman şahın qalasını da terrordan təmizləyəcəklərini vurğulayıb.

Qeyd edək ki, Süleyman Şah - Osmanlı İmperiyasının qurucusu və ilk padşahı Osman Qazinin babası və Ərtoğrul Qazinin atasıdır.

Pərvanə AĞAZADƏ
AzNews.az