Onlar İŞİD ilə əlaqədə şübhəli bilinərək həbs olunub Onlar İŞİD ilə əlaqədə şübhəli bilinərək həbs olunub

Türkiyədə 23 terrorçu saxlanıldı - Biri İŞİD üçün bomba hazırlayan imiş...

Onlar İŞİD ilə əlaqədə şübhəli bilinərək həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin bir sıra şəhər və rayonlarında antiterror əməliyyatı keçiriblər.

Nəticədə İzmirdə 10, Konyada 5, Elazığda 5 nəfər İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinərək həbs olunub. Saxlanılanlardan ikisi türkiyəli, qalanları Suriya vətəndaşıdır. İzmirdəki əməliyyatda axtarış keçirilən ünvanlardan çox sayda sarı jilet aşkarlanıb.

Kocaelidə də İŞİD terrorçu qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib. İŞİD üzvü olmaqda ittiham edilən Suriya əsilli 3 nəfər saxlanılıb. Onlardan biri terror təşkilatı üçün bomba düzəldən mütəxəssis kimi axtarışda olub.(AZƏRTAC )

AzNews.az