Türkiyədən acı xəbər - 1 əsgər şəhid oldu, 2 nəfər yaralandı

Hadisə Iğdırın Aralıq bölgəsində qeydə alınıb.

Iğdırın Aralıq bölgəsində PKK-lı terrorçuların raket hücumunda 1 əsgər şəhid olub, iki əsgər isə yaralanıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə-İran sərhədinin Aralıq bölgəsində yerləşən sərhəd məntəqəsinin növbətçi hərbi hissəsinə PKK-lı terroristlər tərəfindən raket və silahlı hücum olub.

Bir əsgər şəhid olub, ikisi yaralanıb. Yaralı əsgərlər Iğdır Dövlət Xəstəxanasına aparılıb.

Yaralıların vəziyyəti normaldır.

Bölgədən qaçan terroristlərin tapılması üçün əməliyyat başlanılıb.

Səidə Nurməmmədli

AzNews.az