Ankarada PKK-ya qarşı əməliyyat - 32 terrorçu tutuldu

Gözaltına alınanlar PKK-nın təbliğatını aparırmış.

Ankara Baş prokurorluğu PKK/KCK-nın təbliğatını aparan və terror təşkilatı ilə əlaqəsi olan 32 şübhəli haqqında saxlanılma qərarı verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, HDP partiyası saxlanılanların partiyaya yönəlik qarayaxma olduğunu iddia edib və saxlanılan şəxslərin şəkillərini sosial şəbəkədə paylaşıb.

Ankara Polis Bölməsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən səhər saatlarından etibarən çox sayda terrorçu saxlanılıb.

Saxlanılanların adları bunlardır:

Ali Özkan, Dilbaz Temel, Nurettin Kemertaş, Sihan Kaya, Harun Çakmak, Feride Yardımcı, Eyüp Emektar, Banu Erdoğan, Devrim Kahraman, Güler Elveren, İlhan Karaman, Hatice Beydilli, Erkan Polat.

Nigar CƏFƏR

AzNews.az