Görüşə Türkiyə Baş qərargahının rəisi, general Yaşar Güler də qatılıb. Görüşə Türkiyə Baş qərargahının rəisi, general Yaşar Güler də qatılıb.

Türkiyənin müdafiə naziri ABŞ-lı generalla görüşdü

Görüşə Türkiyə Baş qərargahının rəisi, general Yaşar Güler də qatılıb.

Türkiyənin müdafiə naziri Hülusi Akar ABŞ Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, general Jozep Dunfordu və nümayəndə heyətini Müdafiə Nazirliyində qəbul edib.

AzNews.az xəbər verir ki, həmin görüşə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, general Yaşar Güler də qatılıb.

Görüşdə Akar Türkiyənin sərhədlərində təhlükəsizlik və bölgənin sabitliyi üçün lazım olan hər cür tədbir görməkdə qərarlı olduqlarını bildirib.

Bu mövzu ətrafında nazir Hülusi Akar qonaq heyətə Türkiyə Silahlı Qüvvələrinin kürd qardaşlarına qarşı yox, ərazidəki bütün etnik və dini toplumlara qarşı təhdid təşkil edən PKK/YPG və İŞİD-li terroristlərə qarşı mübarizə apardığını, bu mübarizədə Türkiyənin Suriya və İraqın ərazi bütövlüyünə daim hörmət etdiyini, Münbiç Yol Xəritəsinin sürətlə tamamlanaraq terror örgütü PKK/YPG-nin tezliklə ərazilərdən çıxarılmasını, Türkiyənin sərhədlərində təhlükəsizliyi və bölgədə sabitliyi təmin etmək üçün hər cür tədbir görməkdə qərarlı olduğunu vurğulayıb.

Pərvanə Ağazadə

AzNews.az

image description