"Türkiyə Respublikası kürdlərin düşməni deyil, qoruyucusudur". "Türkiyə Respublikası kürdlərin düşməni deyil, qoruyucusudur".

Türkiyədən Trampa daha bir cavab

"Türkiyə Respublikası kürdlərin düşməni deyil, qoruyucusudur".

Türkiyə prezident administrasiyasının rəsmisi Fəxrəddin Altun tvitter hesabından Trampın paylaşımı ilə bağlı açıqlamalar verib.

AzNews.az xəbər verir ki, Fəxrəddin Altun açıqlamasında “Bizim üçün əsas olan milli təhlükəsizliyimizdir. Terrorla mübarizəmizi müəyyənləşdirən əsas parametr də də budur. Terrorizmin qaynağı istər ideoloji, istər etnik olsun, bizim üçün fərqi yoxdur. Terror terrordur və mənbəyi də qurudulmalıdır. Türkiyə Suriyada tam bunu edir” deyə bildirib.

“Türkiyə Respublikası kürdlərin düşməni deyil, qoruyucusudur. Türkiyənin kürdlərlə heç bir problemi yoxdur. Bizim məsələmiz PKK terror qruplaşması və onun Suriyadakı qolları ilədir. PYD və YPG bir terror təşkilatıdır. Türkiyə terrorla mübarizəsini qərarlılıqla davam etdirəcək”. Fəxrəddin Altun belə deyib.

Pərvanə Ağazadə

AzNews.az