- Türkiyə
- 17 Yanvar 2019 16:01
- 1 188
17 yaşlı qızı fahişəliyə cəlb edən qadın tutuldu
Hadisə Türkiyənin Samsun şəhərində baş verib.
Samsunda 17 yaşlı qızı fahişəliyə cəlb edən şəxs polislər tərəfindən nəzarətə alınıb.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Samsun Şəhər Polis İdarəsinin Asayiş şöbəsinin Əxlaq bürosunun əməkdaşları 17 yaşlı qıza fahişəlik etdirildiyi xəbəri ilə araşdırmaya başlayıb.
Araşdırma zamanı İlkadım bölgəsinin Derebahçə məhəlləsində bilinən ünvana gedən polislər 32 yaşlı Solmaz K.-nı tutublar.
O, polis idarəsindəki əməliyyatlardan sonra ədliyəyə göndərilib.
Səidə Nurməmmədli
AzNews.az