77 yaşlı kişinin əlini bağlayıb evindən 27 min apardılar

Hadisə Kahramanmaraş şəhərində qeydə alınıb.

Türkiyədə 77 yaşlı Ökkeş Naneni soymaq iddiası ilə polis tərəfindən axtarılan və Gaziantepdə tapılan Ömer Faruk K. polisə verdiyi ifadəsində hadisədən xəbərdar olmadığını bildirib və “Maraşa dondurma yeməyə gəlmişdim” deyib.

O, dindirilmədən sonra ədliyyədə tutulub.

AzNews.az xəbər verir ki, hadisə 17 yanvarda Kahramanmaraş şəhərinin Karamanlı məhləsində meydana gəlib.

Ökkeş Nane evində kimliyi bilinməyən adamların basqınına məruz qalıb. Təcavüzkarlar yaşlı adamın əlini və ayaqlarını bağlayaraq evdəki kassadan 27500 lirə götürüblər.

Yaşlı adamın soyulması ilə bağlı Polis idarəsinin Asayiş şöbəsinin əməkdaşları şübhəliləri yaxalamaq üçün işə başlayıb.

Ətrafdakı güvənlik kameralarından hadisəni 2-si qadın olmaqla 5 kişinin gerçəkləşdirdiyini araşdıran polis şəxsiyyyətlərini dəqiqləşdirdiyi şübhəlilərdən 41 yaşlı Perişan K., 36 yaşlı Mehmet B. və 36 yaşlı Habeş Y.-ni Şanlıurfanın Birecik şəhərində, Eser G.-nı də Gaziantepdə yaxalayıb.

Şübhəlilərlə birlikdə ələ keçirilən 27500 lirə Ökkeş Naneyə təslim edilib.

Özəl qrup Ökkeş Naneni soyan şübhəlilərdən Ömer Faruk K.-nın da Gaziantepdə saxlandığı bilgisini əldə edib.

Yaxalanaraq Kahramanmaraşa gətirilən Ömer Faruk K.-nın polisdəki ilk ifadəsində gunahları qəbul etmədiyini deyib:

“Maraşa dondurma yeməyə gəldim. Hadisə yerinə mən girmədim, aşağıda maşında gözlədim. Onlar hadisə törədib, mənim xəbərim yoxdur”.

Polisdəki araşdırmalardan sonra ədliyyəyə gətirilən Ömər Faruk K. çıxarıldığı məhkəmədə tutularaq həbsxanaya aparılıb.

Səidə Nurməmmədli

AzNews.az