Eskişehir şəhərində təbiət gəzintisi ənənəsi davam edir. Eskişehir şəhərində təbiət gəzintisi ənənəsi davam edir.

Gənclər 40 santimetr qarda 14 kilometr yeridi - səbəb

Eskişehir şəhərində təbiət gəzintisi ənənəsi davam edir.

Türkiyənin Eskişehir şəhərinin Büyükşehir Bələdiyyəsinin Gənclik Mərkəzi gənclərlə birlikdə həyata keçirdiyi təbiət gəzintisini qış aylarında da davam etdirir.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dağ klubunun tərkibində olan Bozaniç yaylaq ərazisi yolunda təxminən 40 santimetr qarda gəzinti edən gənclər Gənclik Mərkəzinin tədbirlərinə qoşulduğu üçün sevincli olduqlarını deyiblər.

Gənclərin həm idman etməsinə dəstək olmaq, həm də bir arada gözəl zaman keçirmək məqsədi ilə həyata keçirilən “Trekking” tədbiri üçün Gənclik Mərkəzinin önünə yığışan iştirakçılar Büyükşehir Bələdiyyəsinə aid olan avtomobillərlə Dağ Klubuna gedərək Bozaniç yaylağına doğru gəziblər.

Mütəxəssislərin də aralarında olduğu 47 iştirakçı gəzinti zamanı 14 kilometr yol gedib.

Nigar CƏFƏR

AzNews.az