Qırğızıstan prezidenti Ərdoğanı seçkilərə görə təbrik etdi

Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə keçirilən bələdiyyə seçkilərinin uğurla baş tutması münasibətilə təbrik edib.

Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında dövlət başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər və əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində uğurlar arzulayıblar.

AzNews.az